Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Myanmadakı hərbi idarənin “ehtiyatsız” fəaliyyəti nəticəsində ölkədəki böhranın “dözülməz” olduğunu bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BMT İnsan Haqları Şurasının 53-cü sessiyası Myanmada çevrilişdən sonrakı böhranla bağlı açıqlamalar verib.
15,2 milyon insanın təcili ərzaq dəstəyinə ehtiyacı var.
Myanmada baş verən çevrilişdən sonra ölkədə iqtisadiyyatın pisləşdiyinə, əsassız həbslər və işgəncələrin başladığına diqqət çəkən Türk, ehtiyacı olan insanların kömək ala bilməməsi üçün hərbi rəhbərliyin müxtəlif qanuni maneələr qoyduğunu bildirib.
Ötən il ərzaq qiymətlərinin yüzdə 177 artdığına və ölkədəki qarşıdurmalara görə ərzaq istehsalında ciddi azalma olduğuna diqqət çəkən Türk, 15,2 milyon insanın təcili ərzaq dəstəyinə ehtiyacı olduğunu qeyd edib.
Myanmada 2021-ci ildən bu yana 1,5 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb: “İnsanların bu ağrıdan çıxış yolu tapması və həyatlarını davam etdirmələri üçün lazım olan bütün şəraiti təmin etməyimiz son dərəcə təcilidir”.