BMT-nin əlaqələndiricisi Mariupoldan təxliyəni təşkil etmək üçün Zaporojyeyə gedibbackend

BMT-nin əlaqələndiricisi Mariupoldan təxliyəni təşkil etmək üçün Zaporojyeyə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Ukraynadakı rezident əlaqələndiricisi Osnat Lubrani Mariupoldan mümkün təxliyəni təşkil etmək üçün Zaporojyeyə yola düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Osnat Lubrani tviterdə yazıb.

“Baş katib Antoniu Quterriş Prezident Zelenski ilə görüşmək üçün Ukraynaya gəlib. Onun xahişi ilə Mariupoldan ümidverici təxliyəni hazırlamaq üçün Zaporojyeyə yola düşürəm. BMT ukraynalıların həyatını xilas etmək və ehtiyacı olanlara kömək etmək üçün tam səfərbərdir”, – əlaqələndirici vurğulayıb.

Xatırladaq ki, Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən bəri mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın “Azov” alayı durur.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.