BMT-nin Ukraynaya yardımı 1,6 milyard dolları ötübbackend

BMT-nin Ukraynaya yardımı 1,6 milyard dolları ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Ukraynaya yardımının məbləği 1,6 milyard dolları ötüb.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Ukraynadakı tərəfdaşlarla birlikdə humanitar yardıma ehtiyacı olan insanlara dəstək olmaqda davam edirik. Biz ölkə üzrə 7,8 milyon insana yardım göstərmişik”, – Düjarrik deyib.

BMT rəsmisinin sözlərinə görə, Ukraynaya təcili yardım üçün müraciətin hazırda 72%-dən çoxu maliyyələşdirilib. Tələb olunan 2,25 milyard dolların 1,62 milyard dolları alınıb.