BNA-nın işdən çıxarılan şöbə müdirinə “Bakı Bus”da vəzifə verilib?backend

BNA-nın işdən çıxarılan şöbə müdirinə “Bakı Bus”da vəzifə verilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə bu günlərdə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus Bakı Bus MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

İnterpress.az xəbər verir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bu məlumatların həqiqətə uyğun olmadığını deyib.

“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, – deyə o, qeyd edib.

Xatırladaq ki, H.Babayevin televiziya kanallarından birinin efirində səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Buna görə müntəzəm marşrut xətləri mövcuddur” fikirləri ictimai qalmaqala səbəb olmuş və BNA-nı kəskin tənqid hədəfinə çevirmişdi. Bundan sonra o, vəzifəsindən azad edilmişdi.

 

İnterpress.az