Boko Haram terror təşkilatının hücumu nəticəsində 17 nəfər ölübbackend

Boko Haram terror təşkilatının hücumu nəticəsində 17 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror təşkilatı olan Boko Haramın Nigeriyanın şimal-şərqindəki bir kəndə təşkil etdiyi hücumda 17 nəfərin öldüyü açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, terror təşkilatı üzvləri Borno əyalətinin Airamne kəndinə hücum ediblər.

Hücumda çoban olduqları ehtimal edilən 17 nəfərin öldürüldüyü, terrorçuların çobanlara aid mal-qaranın hamısını oğurladığı bildirilib.

Ölkədə 2000-ci illərin əvvəlindən 2009-cu ildən bəri mövcud olan Boko Haramın təşkil etdiyi terror aktlarında 20 mindən çox insan həlak olub.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib.

Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib.