Bolqarçayda sel təhlükəsinin xeyiri və ziyanı – ARAŞDIRMAbackend

Bolqarçayda sel təhlükəsinin xeyiri və ziyanı – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi may ayının sonunda və ötən ay ərzində Biləsuvar rayonu ərazisindən keçən Bolqarçay 3 dəfə sel təhlükəsi yarandı. Xoşbəxtlikdən bu təhlükə elə də böyük fəsadlara səbəb olmadı. Hətta xeyiri daha çox oldu. Bəs görəsən həmin müsbət hal nədən ibarətdir?

İnterpress.az bu mövzu ətrafında qısa araşdırma aparıb.

Bununla bağlı rayon sakinləri qeyd edib ki, əvvəllər Bolqarçay su anbarının doldurulması üçün yetəri qədər su tapılmırdı. Bu sellər nəticəsində Bolqarçay su anbarı doldu. Həmçinin artıq su kütləsi Mahmudçala gölünə axıdıldı. Mahmudçala gölündə də illərlə su azlığı var idi. Bunun nəticəsində göl qurayaraq, sahəsi azalırdı. Həmçinin bu hal gölün flora və faunasına da mənfi təsir edirdi.

Ekoloji məsələlər və kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyevdə deyilənləri təsdiq edir. Onun sözlərinə görə, Mahmudçala gölü son illər demək olar ki, qurumuşdu:

“Bunun nəticəsində də göldə mövsümü yuva quran köçəri quşlarda azalmışdı. Lakin indi suyun çoxalması göldə qida mühitini formalaşdıracaq. Eyni zamanda gölə miqrasiya edən quşların sayı artacaqdır. Həmçinin su artımı gölətrafı ərazilərdə balıqçılığın və heyvandarlığın inkişafına da müsbət təsiri göstərəcəkdir”.

Qeyd edək ki, Mahmudçala Muğan düzünün cənub şərqində bataqlıq göldür. Son illər suyunun quruması nəticəsində Mahmudçala su-bataqlıq sisteminin sahəsi olduqca kiçilib.