Bolqarıstan Milli Televiziyası öz verilişlərinə gündəlik Ukrayna xəbər bülleteni əlavə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hazırda yeni mediada və Bolqarıstan Milli Televiziyasının (BNT) saytında yayımlanan 6-10 dəqiqəlik bülletenin aparıcısı Mariya Plaçkova mətbuata bildirib ki, bu xəbər əksəriyyəti mühacir olan ukraynalılar üçün hazırlanıb.
Ukraynanın Sofiyadakı səfirliyinin yazılı açıqlamasında belə bir addım atdığı üçün BNT rəhbərliyinə təşəkkür edilib.
Kanal türk dilində xəbərlər də təqdim edir.
2000-ci ildən etibarən BNT də həftə içi hər gün türkcə 10 dəqiqəlik xəbərlər təqdim edir, parlamentin qərarı ilə ölkədə yaşayan türk etnik azlığına müraciət edir.
Bolqarıstan Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcından bəri Kiyev administrasiyasını dəstəkləyib və qapılarını müharibədən qaçan, əsasən də qadın və uşaqlar olan mühacirlərə açıb.
800 mindən çox ukraynalı mühacir ölkədən tranzit keçərkən, 50 mindən çox ukraynalı Bolqarıstanda qalıb.