Bolqarıstan parlamentariləri baş naziri təsdiq edə bilməyiblər.
interpress.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Bolqarıstan Milli Assambleyasının deputatları baş nazir vəzifəsinə Rosen Jelyazkovun namizədliyinin əleyhinə səs veriblər.
Onun əleyhinə 138, lehinə 98 səs olub. Daha iki nəfər bitərəf qalıb.
Jelyazkov son parlament seçkilərində qalib gələn Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar Partiyasını təmsil edir.
Bolqarıstan prezidenti Rumen Radev vəziyyəti şərh edərkən parlamentariləri adekvat olmağa çağırıb.
“Bu gün biz gördük ki, nədənsə parlamentdəki müzakirələrdə şəxsi hücumlar üstünlük təşkil edir”, – prezident deyib.
Radev əlavə edib ki, indi hökumət qurmaq mandatı yeni parlamentin ikinci siyasi qüvvəsi olan Hüquq və Azadlıqlar Hərəkatına verəcək. Lakin o, bunun nə vaxt baş verə biləcəyi ilə bağlı suala cavab verməkdən yayınıb.
Bolqarıstanda hökumət böhranı 2021-ci ildən davam edir. Bu müddət ərzində ölkədə altı kabinet dəyişdirilib.
Xuraman Etibarlı
İnterpress.az