Moskvada əmlak bölgüsü zamanı qəzəblənən ər “Mercedes”ini ortadan iki yerə mişarlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvada boşanma prosesi zamanı əmlak bölgüsü apara bilməyən cütlüyün mübahisəsi qeyri-adi şəkildə yekunlaşıb.
53 yaşlı kişi və onun 25 yaşlı həyat yoldaşı ağ rəngli “Mercedes-Benz SL” markalı lüks avtomobilin kimə qalacağı ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Ər avtomobilin dəyərinin yarısını keçmiş həyat yoldaşına kompensasiya kimi ödəyib maşını özündə saxlamağı təklif etsə də, qadın avtomobilin ona hədiyyə edildiyini və tamamilə onda qalmalı olduğunu israr edib.
Keçmiş arvadının israrlı etirazından qəzəblənən kişi dözməyərək xüsusi fəhlələr çağırıb. O, fəhlələrin köməyi ilə lüks idman avtomobilini keçmiş həyat yoldaşının gözü qarşısında mişarla ortadan iki yerə böldürüb.
Hadisə Rusiya mətbuatında və sosial şəbəkələrdə böyük rezonans doğurub.
Hüquqşünaslar qeyd edirlər ki, qəzəbli ərin bu addımı qanunvericilik tərəfindən ortaq əmlakın qəsdən məhv edilməsi kimi qiymətləndirilə bilər və o, keçmiş arvadına dəymiş ziyana görə məhkəmə qaydasında əlavə təzminat ödəməli ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






