Böyük bir asteroid Yerə düşərsə, nələr olar? – ARAŞDIRILDIbackend

Böyük bir asteroid Yerə düşərsə, nələr olar? – ARAŞDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerika Kosmik və Aviasiya İdarəsi (NASA) nəhəng bir asteroidin Yerə düşməsinin mümkün ssenarilərini müzakirə edərək ehtimallarını irəli sürüb. Alimlər səma cismini dayandırmaq üçün nə edilə biləcəyi ilə bağlı planlar hazırlayıblar. “Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, alimlər şəhərləri dağıtmaqla kütləvi dağıntılara səbəb ola biləcək nəhəng asteroidi dayandırmağın yollarını araşdırıblar. 
NASA-nın Jet Laboratoriyasındakı “Yerə Yaxın Cisim Araşdırmaları Mərkəzi” asteroidin Yerə mümkün təsirləri ilə bağlı iki ildə bir dəfə simulyasiya proqramı reallaşdırır. 
 
Bu ilin ssenarisində “2021 PDC” adlanan 100 metr uzunluğundakı asteroid nəzərdən keçirilib. Araşdırma çərçivəsində asteroidin planetimizə düşməzdən 6 ay əvvəl təsbit olunduğu və onu dayandırmaq səylərinə vaxt qalmadığı güman edilib.
 
 “Johns Hopkins” Universiteti tərəfindən edilən yeni bir araşdırmada isə asteroid səthinin yaxınlığında partlayan megaton nüvə bombasının Yerə doğru irəliləyən minlərlə böyük parça buraxmadan onu məhv edə biləcəyi göstərilib. Araşdırmanın aparıcı müəllifi Patrik Kinii bu sözləri söyləyib:
 
“Onun təsirdən ən azı bir ay əvvəl güclü bir nüvə parçalanma texnikasından istifadə etsək, parçalanmış kütlənin yüzdə 99 və ya daha çoxunun Yerə düşməsinin qarşısını ala bilərik”.
“John Hopkins” Universiteti tədqiqatçılarının işləri NASA alimləri tərəfindən araşdırılıb və nəticənin uğurlu olduğu təsbit edilib.