Böyük Britaniya Ukraynaya 30 minlik kontingent göndərmək planından İMTİNA ETDİbackend

Böyük Britaniya Ukraynaya 30 minlik kontingent göndərmək planından İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya limanları və əsas şəhərləri qorumaq üçün Ukraynaya 30 minlik kontingent təqdim etmək fikrindən əl çəkib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Qəzetin məlumatına görə, London Ukraynanın limanlarını və mühüm şəhərlərini qorumaq üçün 30 minlik hərbi kontingent yerləşdirmək planından vaz keçib.

Bunun əvəzinə Böyük Britaniya qərbi Ukrayna üzərində hava təhlükəsizliyinin təmin olunmasını, Ukrayna hərbçilərinə təlim dəstəyi göstərilməsini və Qara dənizin minalardan təmizlənməsini təklif edir.

Məlumata əsasən, “istəkli dövlətlər koalisiyası” Ukrayna Silahlı Qüvvələrinin bərpası üçün mütəxəssislər təqdim edəcək.

Plan çərçivəsində “Tayfun” və ya F-35 qırıcılarının Ukrayna hava məkanında patrul uçuşları həyata keçirməsi nəzərdə tutulur.

Məqsəd ukraynalı əhalinin təhlükəsizlik hissini gücləndirmək və beynəlxalq aviareyslərin bərpasına şərait yaratmaqdır.

Xuraman Etibarlı

İnterpress.az