Böyük Britaniyada pərakəndə satışlar sentyabr ayında azalıbbackend

Böyük Britaniyada pərakəndə satışlar sentyabr ayında azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada pərakəndə satışlar yaşayış dəyəri böhranının təsiri ilə sentyabr ayında aylıq bazda yüzdə 0,9 azalıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, pərakəndə satışlar avqustda 0,4 faiz artımdan sonra sentyabrda azalıb.

Pərakəndə satışlar, yaşayış dəyəri böhranının təsiriylə sentyabr ayında yüzdə 0,9 azalıb.

Bu dövrdə qeyri-ərzaq mağazalarında satışlar 1,9 faiz azalsa da, pərakəndə satıcılar payız geyimlərinə edilən xərclərin yaşayış böhranı və hava istiliyinin mövsümi normalardan yüksək olması səbəbindən satışlara təsir etdiyini bildirib.

Sentyabrda onlayn satışlar da 2,2 faiz azalıb. Avqust ayında bu nisbət yüzdə 0,9 idi.

Sentyabrda yanacaq satışı yüzdə 0,8 artıb.

Ölkədə pərakəndə satışlar son 3 ayda əvvəlki 3 aylıq dövrlə müqayisədə 0,8 faiz azalıb.

GfK məlumatlarına görə, yaşayış minimumu böhranı və yüksək faiz dərəcələri ipoteka kreditlərində əks olunmağa başladığı üçün ölkədə oktyabr ayında istehlakçı güvən indeksi son 3 ayın ən aşağı səviyyəsinə çatıb.