Milyarder HƏBS EDİLDİ – FOTObackend

Milyarder HƏBS EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı informasiya texnologiyaları milyarderi böyük məbləğdə rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Rusiyalı informasiya texnologiyaları milyarderi Sergey Matsotski xüsusilə böyük miqyasda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

Matsotski IBS IT şirkətinin yaradıcılarından biridir. 2020-ci ildə o, biznesi tərk edərək bir neçə İT şirkətini birləşdirən öz “GS-Invest” holdinqini yaradıb.

Matsotski həm də “VimpelCom”un direktorlar şurasının keçmiş üzvüdür.

Medianın hesablamalarına görə, Matsotski Rusiyanın İT bazarında ən nüfuzlu on adamdan biridir. Xüsusilə böyük miqyasda rüşvətə görə onu 15 ilə qədər həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az