İran İsrail və ABŞ üçün casusluğa görə cəzaları SƏRTLƏŞDİRDİbackend

İran İsrail və ABŞ üçün casusluğa görə cəzaları SƏRTLƏŞDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrail və ABŞ üçün casusluğa görə cəzaları sərtləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran casusluğa, xüsusən də İsrail və ABŞ-la əməkdaşlığa görə cəzaları əhəmiyyətli dərəcədə artıran qanunu təsdiqləyib.

Yeni qanun belə “cinayətkarlar” üçün ölüm cəzasını nəzərdə tutur və prezident tərəfindən imzalandıqdan sonra beş gün ərzində qüvvəyə minəcək.

Qanun, həmçinin lisenziyasız onlayn cihazların istifadəsinə qarşı sərt tədbirlər tətbiq edir və müharibə zamanı icazəsiz mitinqləri qadağan edir.

Xuraman Etibarlı

İnterpress.az