Taliban döyüşçülərinin biometrik məlumatlarını məhv edir.
İnterpress.az xəbər verir ki, bu barədə Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CISA) eksperti Andrey Serenko öz mənbələrinə istinadən məlumat verib.
Taliban təhlükəsizlik qüvvələri əvvəllər rəsmi olaraq xidmət etmiş və dövlət fondlarından maaş alan bütün hərəkat üzvlərinin biometrik məlumat bazalarını təmizləmək əmri alıb.
Əmr Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və hərəkatın Baş Kəşfiyyat İdarəsinə göndərilib.
Mənbələrin fikrincə, biometrik məlumatların məhv edilməsi gələcəkdə Taliban döyüşçülərinin şəxsiyyətinin müəyyən edilməsini çətinləşdirəcək.
“Əvvəllər respublika rejiminin süqutundan sonra Əfqanıstan təhlükəsizlik qüvvələrinin öz şəxsi heyətinin biometrik məlumatlarını məhv etməyə vaxtı yox idi (yaxud imkandan məhrum idi).
Bu məlumatlar Talibanın əlinə keçib və onun döyüşçülərinə hərbi personalı, polis zabitlərini və respublika hökumətinin təhlükəsizlik işçilərini tez bir zamanda müəyyən etməyə imkan verib.
Bu, çoxlu sayda əfqan təhlükəsizlik qüvvələrinin həyatı bahasına olub, çoxlu əfqan həyatını itirib. Aydındır ki, Taliban indi bu təcrübəni nəzərə alıb və öz döyüşçülərini “gizlətməyə” çalışır, – ekspert vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az