Batumi hava limanında Interpol tərəfindən axtarılan hindistanlı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumat yayıb.
Batumi şəhərində Hindistan vətəndaşı saxlanılıb. O, Interpolun qırmızı axtarış siyahısında yer alır və öz ölkəsində ömürlük həbs cəzasına məhkum edilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs Hindistan hüquq-mühafizə orqanları tərəfindən bir sıra ağır cinayətlərə görə axtarılırdı.
Onun barəsində “cinayətkar dəstə yaratmaq”, “qəsdən adam öldürməyə cəhd” və “hədə-qorxu” kimi maddələr üzrə hökm çıxarılıb.
Məlum olub ki, kişi Gürcüstan sərhədini hələ beynəlxalq axtarış elan olunmazdan əvvəl keçib.
Onun hansı şəraitdə və hansı yollarla ölkəyə daxil olması da araşdırılır.
Hazırda saxlanılan şəxsin Hindistana ekstradisiyası məsələsi müzakirə olunur.
Xuraman Etibarlı
İnterpress.az