Qəzzada çoxlu sayda hərbi texnika TAPILDI – VİDEObackend

Qəzzada çoxlu sayda hərbi texnika TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzanın mərkəzində çoxlu sayda hərbi texnika aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.

Son günlər İsrail qüvvələri Qəzza şəhərinin mərkəzində genişmiqyaslı əməliyyat keçirib.

Əməliyyat zamanı onlar ərazidən geri çəkilərkən yaraqlıların tərk etdikləri bir sıra silah sistemlərini aşkar ediblər.

Yerlərdə aparılan axtarışlar zamanı çoxlu sayda hərbi texnika, o cümlədən zirehlər, maqazinlər, qumbaralar, həmçinin İsrail qüvvələri haqqında məlumat toplamaq və terror hücumları planlarını hazırlamaq üçün istifadə edilən xəritə və kameralar aşkar edilib.

Müsadirə olunan avadanlıq analiz üçün kəşfiyyat orqanlarına təhvil verilib.

Xuraman Etibarlı

İnterpress.az