Mask “X” mühəndisini işdən çıxarıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Məlumata görə, İlon Mask sosial şəbəkə “X”də (əvvəlki Twitter) çalışan mühəndislərdən birini vəzifəsindən azad edib.
Səbəb isə mühəndisin, Maskın paylaşımlarına əvvəlki qədər reaksiya gəlməməsini onunla insanların artıq ona əvvəlki kimi maraq göstərməməsi ilə izah etməsi olub.
Bu cavab Maskın xoşuna gəlməyib və nəticədə mühəndis işdən çıxarılıb.
Xuraman Etibarlı
İnterpress.az