Rusiya oktyabrda sədrliyi dövründə BMT-nin yeni Baş katibinin seçilməsi prosesinə başlamağı planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.
Rusiya bu gün, oktyabrın 1-dən bir aylıq müddətə BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb.
Baş katibin seçilməsi və təyin edilməsi prosesi Baş Assambleya və Təhlükəsizlik Şurası prezidentlərinin birgə məktubu ilə başlayır. Antonio Quterreş 2017-ci ildən bu vəzifəni icra edir.
Vasili Nebenzya da mətbuat konfransında bildirib ki, BMT-nin Rusiyaya qarşı sanksiyaları qeyri-mümkündür və Rusiya ABŞ-nin yeni sanksiyaları tətbiq edilərsə, onların öhdəsindən gələ biləcək.
Xuraman Etibarlı
İnterpress.az