Cəmi 4 gün “fastfud” yaddaşı zədələyə bilər.
İnterpress.az xəbər verir ki, bununla bağlı alimlər araşdırma aparıb.
Yeni elmi tədqiqat göstərib ki, yağlı və zərərli “jank food” qidalarının qəbulu cəmi 4 gün ərzində yaddaşda problemlərə səbəb ola bilər.
Məlum olub ki, belə qidalar beynin koqnitiv funksiyalarını zəiflədir, lakin düzgün və balanslı qidalanmaya keçid beynin fəaliyyətini bərpa edə bilər.
Stressi burgerlə yox, sağlam seçimlərlə aradan qaldırın.
Xuraman Etibarlı
İnterpress.az