İran Qərbin təzyiqlərinə cavab olaraq raketlərin uçuş məsafəsini artırmağa hazır olduğunu açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb..
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli rəsmisi bildirib ki, İran öz raketlərinin uçuş məsafəsini istənilən məsafəyə qədər artırmağa hazırdır.
Bu açıqlama ABŞ və bir sıra Avropa ölkələrinin Tehranın yeni nüvə sazişinin bağlanmasına mane olduğuna inandığı raket proqramını məhdudlaşdırmaq tələbləri fonunda verilib.
İranın hərbi qərargahının sözçüsünə görə, Qərbin təzyiqləri ölkəni raket inkişaf etdirməyə sövq edib.
O, həmçinin qeyd edib ki, İran raketlərinin gücü və mənzili İsraillə iyun ayında başlayan müharibəni 12 günə qədər qısaltmağa imkan verib.
İsrail Hərbi Hava Qüvvələri İranın ölkənin qərbindəki buraxılış məntəqələrinə zərbələr endirdikdən sonra Tehran şərq rayonlarından raketlər atmağa başlayıb ki, bu da uçuş məsafəsinin artırılmasını tələb edir.
Əvvəllər İran raketlərinin 2000 km-ə qədər uçuş məsafəsi var idi və rəsmilər bunun müdafiəni təmin etmək və İsraildəki hədəflərə çatmaq üçün kifayət olduğunu bildirmişdilər.