Bin Salman Türkiyə, İran, Çin və bir sıra ölkələrin səfirlərinin etimadnaməsini QƏBUL ETDİbackend

Bin Salman Türkiyə, İran, Çin və bir sıra ölkələrin səfirlərinin etimadnaməsini QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bin Salman Türkiyə, İran, Çin və bir sıra Avropa ölkələrinin səfirlərinin etimadnaməsini qəbul edib.

İnterpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi və faktiki hökmdarı (KSA) bir sıra ölkələrin səfirlərindən etimadnamələr qəbul edib.

Onların arasında: Kristof Farno (Aİ), Mixael Kindsqrab (Almaniya), Patrik Mezonnav (Fransa), Emrullah İşler (Türkiyə), Çanq Xua (Çin), Əlireza Enayati (İran) və Nikoloz Revazişvili (Gürcüstan) var.

Emrullah İşlər ötən ilin martında Türkiyənin Ər-Riyaddakı səfiri təyin edilib. O, prezident Ərdoğanın yaxın çevrəsinin üzvüdür, o cümlədən onun Liviya üzrə xüsusi elçisi və şəxsi ərəbcə tərcüməçisi kimi fəaliyyət göstərir.

O, Səudiyyə Ərəbistanı Kral Səud Universitetində bakalavr dərəcəsi alıb.

Fransa səfiri Patrik Mezonnav bu vəzifəyə 2025-ci ilin iyununda təyin edilib. Maraqlıdır ki, o, 2013-2016-cı illərdə Fransanın İsraildəki səfiri olub.

Xuraman Etibarlı

İnterpress.az