Zaporojye AES-də nüvə qəzası RİSKİ: MAQATE xəbərdarlıq edirbackend

Zaporojye AES-də nüvə qəzası RİSKİ: MAQATE xəbərdarlıq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasında (AES) nüvə qəzası riski ilə bağlı təcili xəbərdarlıq yayıb.

İnterpress.az xəbər verir ki, agentliyin məlumatına görə, stansiyada baş verən uzunmüddətli elektrik kəsintisi (bləkaut) nəticəsində vəziyyət kritik həddə çatıb.

Ehtiyat dizel generatorları ilə çalışan sistemlər üçün yanacaq cəmi 10 günə kifayət edir.

Əgər bu müddət ərzində enerji təchizatı bərpa olunmazsa və ehtiyat sistemlər də sıradan çıxarsa, nüvə yanacağının əriməsi ilə nəticələnə biləcək ciddi qəza baş verə bilər.

MAQATE beynəlxalq ictimaiyyəti vəziyyəti ciddi şəkildə nəzarətdə saxlamağa və dərhal tədbir görməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az