Çində tarixdə ən böyük kriptodələduzluq hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
45 yaşlı çinli qadın investorları aldadaraq onlardan kriptovalyuta yığıb.
O, sərmayəçilərə 300% gəlir vəd edib, lakin pulları qaytarmaq əvəzinə özü üçün bitkoin toplayıb.
Nəticədə qadın ümumilikdə 61 min bitkoin (təxminən 5,5 milyard funt sterlinq, yəni 30 milyard man) əldə edib.
Sonradan Londona gedən qadın kriptoaktivləri nağd pula, zinyət əşyalarına və daşınmaz əmlaka çevirməyə başlayıb. Bu isə vergi orqanlarının diqqətini çəkib.
Aparılan axtarış zamanı onun cihazlarında 61 min bitkoin aşkarlanıb — bu, kriptovalyutanın tarixində ən böyük müsadirə hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az