Qreta Tunberq və “humanitar donanma” fəalları saxlanılarkən telefonlarını dənizə atıblar.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.
Qəzza sahillərinə gedən “Qlobal Sumud” Donanmasının iştirakçılarının saxlanılması ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Nəşrin məlumatına görə, İsrail hərbçiləri gəmiləri dayandırdıqdan dərhal sonra, aralarında Qreta Tunberq də daxil olmaqla 200-dən çox fəal telefonlarını dənizə atıb.
İtaliya mətbuatının yazdığına görə, bu, təşkilatçıların maliyyələşməsinə və əlaqələrinə dair hər hansı sübutu məhv etmək üçün əvvəlcədən müəyyən edilmiş tədbir idi.
Bundan əvvəl İsrail, hakimiyyətin fikrincə, donanmanın təşkilində HƏMAS elementlərinin iştirakını göstərən sənədlər təqdim edib.
İsrail Xarici İşlər Nazirliyi bu aksiyanın siyasi təxribat kimi nəzərdə tutulduğunu bəyan edib.
“Fotilla yardımı təsdiq edilmiş limanlar vasitəsilə çatdırmaqdan imtina etdi, çünki söhbət yardımdan yox, nümayişdən gedirdi”, – Xarici İşlər Nazirliyi bildirib.
37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət donanma avqustun sonunda Barselonadan yola düşüb.
İsrail gəmiləri Qəzza zolağından 130-150 kilometr aralıda onun qarşısını kəsib. Hərbçilər onları saxladıqdan sonra yükü digər limanlar vasitəsilə Qəzzaya daşımağı təklif etsə də, fəallar bundan imtina ediblər.
İsrail Xarici İşlər Nazirliyi hərbçilərin Qreta Tunberqi müşayiət edərkən, bir əsgərin ona bir şüşə su verərkən görüntülərini dərc edib.
KİV-in məlumatına görə, fəallardan bəziləri artıq deportasiyaya hazırlanır. Bir neçə gəmi Qəzzaya doğru davam etməyə cəhd etdi, lakin bəziləri Kiprə doğru istiqamətlənib.
Xuraman Etibarlı
İnterpress.az