Gəzintiyə çıxan ailə YOXA ÇIXDI – FOTObackend

Gəzintiyə çıxan ailə YOXA ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarsk diyarında beş yaşlı uşağı olan ailə yoxa çıxıb. Onlar gəzintiyə çıxıblar və əlaqə kəsilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

64 yaşlı Sergey Usoltsev, onun 48 yaşlı arvadı İrina və onların kiçik qızı Arina sentyabrın 28-də Partizanski rayonuna gəzintiyə çıxıblar. İstintaq Komitəsinin məlumatına görə, iki gün sonra ailənin dostu onların əlaqəsinin kəsildiyini bildirib.

Sergey gəzintiləri sevir, İrina isə psixoloq işləyir. İlkin məlumata görə, ailə Quturçin və Mina kəndləri arasında qısa bir məsafəyə piyada getməyi planlaşdırıb. Lakin nəsə səhv olub və onlar ehtimal ki, azıblar.

Uzaq tayqada yerləşən bu meşəlik ərazidə rabitənin olmaması axtarışları çətinləşdirir.

Hazırda Usoltsevlər ailəsinin xilasetmə əməliyyatında onlarla könüllü və hüquq-mühafizə orqanlarının əməkdaşı, o cümlədən pilotsuz təyyarələr iştirak edir.

İtkin düşənlərlə bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az