Tramp administrasiyası Tayvana təzyiq göstərir.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Tayvandan mikroçip istehsalının 50 faizini Amerika Birləşmiş Ştatlarına köçürməyi tələb edir. Əks halda, ABŞ-ın Çindən müdafiə zəmanətini itirmək riski ilə üzləşəcəyi bildirilir.
ABŞ-nin ticarət naziri Hovard Latnik bu məsələ ilə bağlı deyib:
“Mikroçiplərimizin 95%-i buradan 9 min mil uzaqda istehsal olunur… əgər öz mikroçiplərinizi istehsal edə bilmirsinizsə, özünüzü necə qoruyacaqsınız?”
Nazir bu tələbin Tayvan üçün “mümkün olmadığını” və “təbiətə zidd” olduğunu etiraf etsə də, Trampın bu məsələdə qətiyyətli olduğunu bildirib:
“Biz sizi qoruyuruq və sizi qoruya bilməyimiz üçün siz də bizim məntiqli özünütəminata çatmağımıza kömək etməlisiniz.”
Tayvanın nəhəng texnologiya şirkəti TSMC artıq ABŞ-də zavodların qurulması üçün 100 milyard dollar sərmayə yatıracağını açıqlayıb. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, mikroçip sahəsində tam müstəqilliyə çatmaq 10–20 il vaxt ala bilər.
Xuraman Etibarlı
İnterpress.az