Həmas üzvləri Berlində silah arsenalı ilə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Almaniyada İsrail və yəhudi hədəflərinə qarşı terror aktları hazırlamaqda günahlandırılan HƏMAS terror qruplaşmasının üç şübhəli üzvü Berlində saxlanılıb.
Prokurorların sözlərinə görə, onlar 2025-ci ilin yayından qrup tərəfindən istifadə üçün odlu silah və döyüş sursatları əldə ediblər.
Axtarış zamanı şübhəlilərin üzərindən avtomat silahlar, tapançalar və külli miqdarda sursat aşkar edilib.
Onlara qarşı xarici terror təşkilatında iştirakda və terror aktı hazırlamaqda ittiham olunub.
Onların məhkəməsi oktyabrın 2-nə təyin edilib.
Xuraman Etibarlı
İnterpress.az