BQXK-nın Prezidenti Kiyevdə səfərdədirbackend

BQXK-nın Prezidenti Kiyevdə səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Prezidenti Peter Maurer Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

İnterpress.az xəbər verir ki, bu barədə o tviterdə yazıb.

“Əlçatanlığımız, neytral və qərəzsiz humanitar işimizi genişləndirə bilməmiz, icmalar və hakimiyyət orqanları ilə danışmaq üçün buradayam. Ukraynada insanlar kömək üçün fəryad edirlər. Ehtiyaclar böyük, şərtlər dəyişkəndir. Biz onların çağırışlarına cavab vermək üçün səylərimizi əsirgəmirik”, – Prezident qeyd edib.