Braziliyada Amazon tropik meşələrində qanunsuz ağac kəsilməsi və meşələrin məhv edilməsi ilin ilk 6 ayında 33,6 faiz azalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bu ilin yanvar-iyun ayları arasında Braziliyada 2649 kvadrat kilometr ərazinin meşəsizləşdiyini bildirən nazirlik bu rəqəmin ötən ilin ilk 6 ayı ilə müqayisədə bu rəqəmin 33,6 faiz azaldığı anlamına gəldiyini bildirib.
Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu (INPE) peyklərinin ölçdüyü məlumatlara əsasən meşələrin qırılmasının azaldığını aşkar edib.
Prezident seçkilərində qalib gəldikdən sonra Amazon tropik meşələrini qoruyacağını vəd edən prezident Luiz İnasio Lula da Silva hökumətin 2030-cu il üçün hədəfinin sıfır meşə qırılması olduğunu bəyan edib.
Amazon meşələrinin mühafizəsinin 20 il əvvələ nisbətən çətinləşdiyini vurğulayan Silva mütəşəkkil cinayət qruplarının fəaliyyətlərinin artdığını bildirib.
Dünyanın ən böyük tropik meşələri kimi tanınan Amazonlar əvvəlki ifrat sağçı prezident Jair Bolsonaronun dövründə hər il rekordlar qıraraq ciddi meşə qırılmalarına məruz qalırdılar.
Lula da Silva, Bolsonaro administrasiyasının 4 illik dövründə Amazonlarda meşələrin qırılmasının 73 faiz artdığını, 13 min kvadrat kilometr ərazinin meşələrin qırıldığını bildirib.