Braziliyada Telegram dezinformasiya haqqında qanun layihəsinə qarşı kampaniya apardığı üçün Ali Məhkəmənin qərarı ilə 72 saatlıq fəaliyyətini dayandırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Ali Məhkəmənin hakimi Alexandre de Moraes tərəfindən bununla bağlı qərar qəbul edilib.
Aprelin 27-də Braziliyanın federal məhkəməsi mesajlaşma xidməti neonasist qruplarının administratorları haqqında məlumatı polislə bölüşməkdən imtina etdikdən sonra Telegram-a müvəqqəti qadağa qoyulmasına qərar verib.
Google, Apple və dörd Braziliya Telekom şirkətinə Telegram-ı tətbiq mağazalarından və digər platformalarından silmək əmri verilib.
Qadağa mayın 1-də federal apellyasiya məhkəməsi tərəfindən ləğv edilib.