Braziliyanın San-Paulu əyalətində leysan yağışları nəticəsində yaranmış sel və torpaq sürüşmələri zamanı ölənlərin sayı 50-yə çatıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Sao Paulo əyalətinin rəhbərliyi bildirib ki, fevralın 18-dən bəri davam edən sel fəlakətlərində ölənlərin sayı artır.
Qeyd edilib ki, axtarış-xilasetmə işləri davam etdirilir və 1815 nəfər evsiz qalıb.
İtkin düşən 30-dan çox insanla bağlı işlərin davam edir.