Braziliyanın San-Paulu əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 48-ə çatıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
San-Paulu əyalətinin rəhbəri fevralın 18-dən bəri davam edən daşqınlarda ölənlərin sayının artdığını bildirib.
Təbii fəlakətdə indiyədək 48 nəfərin həyatını itirdiyi, 36 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.
Fəlakət bölgəsindən təxminən 3 min insan təxliyə edilib.
Bölgəyə humanitar yardım hərbi helikopterlə çatdırılıb.