Braziliyadan cütlük sığınacaqdan pitbul götürüb. İt ailənin körpə qızını ad günündə öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb.
2 yaşlı Oliviyanın valideynləri döyüş iti almaq istədilər, lakin qohumları onları fikrindən daşındırmağa çalışdılar.
Çünki o, artıq yetkin idi və buna görə də artıq formalaşmış bir xarakterə sahib idi. Lakin cütlüyü inandırmaq mümkün olmayıb.
Bir gün əvvəl kiçik qız küçəyə qaçıb və pitbul ona hücum edərək boğazını parçalayıb.
Bundan şoka düşən valideynlər polisə müraciət ediblər.
Təcavüzkar it Oliviyanın cəsədini buraxana qədər polislər itə üç dəfə atəş açmalı olub.
Xuraman Etibarlı
İnterpress.az