Braziliyada ötən il sayı 442 min 33-ə yüksələn qaradərili məhbusların həbsxanalardakı əhalinin yüzdə 68,2-ni təşkil etdiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Braziliya İctimai Təhlükəsizlik Forumu (FBSP) adlı qeyri-hökumət təşkilatının dərc etdiyi illik hesabatda ölkədəki qaradərili məhbuslarla bağlı yeni məlumatlar açıqlanıb.
Ötən il Braziliya həbsxanalarındakı qaradərili məhbusların sayının 442 min 33-ə yüksəldiyinə diqqət çəkilərək, qaradərili məhbusların həbsxanalardakı əhalinin yüzdə 68,2-sini təşkil etdiyi və bu nisbətin bütün zamanların ən yüksək həddə çatdığı bildirilib.
Hesabatda rəqəmlərin saxlanmağa başlandığı 2005-ci ildə qaradərili məhbusların nisbətinin 58,4 faiz olduğu bildirilib.
Digər tərəfdən hesabatda 2005-ci ildə 39,8 faiz olduğu halda, 2022-ci ildə ağdərili məhbusların həbsxana əhalisinin yalnız 30,4 faizini təşkil etdiyi bildirilir.
Braziliya həbsxanalarındakı bu vəziyyətin “struktur irqçiliyi açıq şəkildə ortaya qoyduğunu” iddia edən hesabatda son 17 ildə ağdərili əhalidə 215%, qaradərililərdə isə 381,3% artım qeydə alınıb.
Hesabatda Braziliya həbsxanalarının həddindən artıq dolu və antisanitar vəziyyətinə də toxunulub, eyni zamanda “hökumətin yalnız bərabərsizliyi və struktur irqçiliyi qanuniləşdirən məhkəmə qərarları və siyasətləri” tənqid edilib.
Qaradərililərin sayının “qeyri-mütənasib” artmasına əlavə olaraq, FBSP 2022-ci ildə Braziliyada irqçiliklə bağlı şikayətlərin əvvəlki ilə nisbətən 67 faiz artdığını bildirib.