Braziliyalı futbolçu: “B Seriyası Azərbaycan çempionatından daha rəqabətlidir”backend

Braziliyalı futbolçu: “B Seriyası Azərbaycan çempionatından daha rəqabətlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Braziliyanın B Seriyası Azərbaycan Premyer Liqasından daha gərgin və rəqabətlidir. Burada kimin çempion olacağını və A Seriyasına yüksələcəyini əvvəlcədən müəyyən edə bilməzsiniz”.

Bunu “Qəbələ”nin sabiq futbolçusu Bruno da Silva “vavel.com” saytına açıqlamasında deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, son illər Azərbaycanda futbol kəskin dəyişib: “Amma yenə də titul uğrunda əvvəlkitək eyni komandalar mübarizə aparırlar”.

Qeyd edək ki, Bruno da Silva 2010 – 2012-ci illərdə “qırmızı-qaralar”ın formasını geyinib. Braziliyalı futbolçu hazırda ölkəsinin “Novorizontino” klubunda çıxış edir.