Britaniya İsraili yeni sanksiyalarla HƏDƏLƏDİbackend

Britaniya İsraili yeni sanksiyalarla HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın xarici işlər naziri İsraili yenidən hədələyib.

İnterpress.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu xəbərdarlığı “Qəzza zolağındakı iztirablara görə” edib.

Böyük Britaniyanın xarici işlər naziri İsraili yenidən yeni sanksiyalarla hədələyib və onu humanitar qanunları pozmaqda ittiham edib.

Qəzza zolağında davam edən döyüşlər fonunda Lammi bildirib ki, İsrail atəşkəsə razılıq verməsə, Londonun yeni sanksiyaları ilə üzləşəcək.

“Son aylarda biz artıq bir sıra sanksiyalar tətbiq etmişik. Davranışda dəyişiklik görməsək və iztirablar dayanmasa, daha çox tədbirlər görüləcək”, – o deyib.

Bəyanatlar İsrail ordusunun girovların saxlanıla biləcəyini bildirdiyi Deyr əl-Bəlahın cənub və şərq bölgələrinə İsrailin hücumundan sonra verilib.

Bu əməliyyatlar zamanı Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, humanitar yardım olan anbarlara ziyan dəyib, agentliyin əməkdaşları saxlanılaraq dindirilib.

Xuraman Etibarlı

İnterpress.az