Britaniya Ukraynaya uzaqmənzilli “Fırtına kölgəsi” qanadlı raketləri tədarük edəcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə ölkəsinin Ukraynanı “Fırtına kölgəsi” qanadlı raketləri ilə təmin edəcəyini təsdiqləyib.
Uolles bəyan edib ki, bu yolla Ukrayna qüvvələri cəbhə xəttinin arxasındakı rus qoşunlarını, sursat və yanacaq anbarlarını vura bilər.
Raketlərin Ukraynanın öz suverenliyindəki Rusiya qüvvələrini geri itələməsinə imkan yaradacağına işarə edən Uolles deyib: “Bu raket sistemlərinin verilməsi Ukraynaya Rusiyanın vəhşiliklərinə qarşı özünü müdafiə etmək üçün ən yaxşı şansı verir. Rusiyanın mülki vətəndaşları öldürdüyü halda yanında durmayacağıq. Rusiya öz hərəkətlərinin Ukraynaya bu cür sistemlərin verilməsinə səbəb olduğunu qəbul etməlidir”.
Nazir Uolles bu silahların Ukraynaya öz yurisdiksiyasında istifadə oluna bilməsi üçün verildiyini vurğulayıb.
Böyük Britaniyanın tədarük edəcəyi “Storm Shadow” qanadlı raketlərinin 250 kilometrdən çox mənzilli olduğu məlumdur.
İngiltərənin baş naziri Rişi Sunak fevral ayında Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazır olduqlarını və Britaniya hökumətinin onların tədarükü üçün tender prosesinə başladığını bəyan etmişdi.