Britaniyada 11 milyona yaxın insan borclarını ödəyə bilmirbackend

Britaniyada 11 milyona yaxın insan borclarını ödəyə bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada 11 milyona yaxın insanın borclarını ödəməkdə çətinlik çəkdiyi bildirilir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu ilin yanvar ayında ölkədə borclarını ödəməkdə çətinlik çəkənlərin sayının 10,9 milyon nəfərə çatdığı bildirilib.

Məlumata görə, ötən ilin may ayında ölkədə hesabı ödəməkdə çətinlik çəkənlərin sayı 7,8 milyon nəfər olub.

Bildirilir ki, ölkədə əhalinin təxminən 28 milyonu borclarına görə gərgin stres altında yaşayır, kredit və hesab ödənişlərini vaxtında edə bilməyənlərin sayı isə 6 ayda ən azı 3 dəfə 1,4 dəfə artıb. Bu ilin yanvar ayında keçən ilin may ayına görə 5,6 milyona çatdığı qeyd edilib.

Vurğulanıb ki, ölkədə təxminən 6,2 milyon insan yaşayış dəyərinin artması səbəbindən ötən ilin yanvar ayı etibarilə sığorta polislərini ləğv etmək məcburiyyətində qalıb.