Britaniyada kirayə evlərin aylıq ödənişi artırılıbbackend

Britaniyada kirayə evlərin aylıq ödənişi artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Londondan başqa digər şəhərlərdə orta kirayə qiymətləri aprel ayında ilk dəfə olaraq 1000 funt-sterlinqi keçib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İngiltərədə yerləşən daşınmaz əmlak şirkəti Hamptons-un təhlilinə görə, aprel ayında ölkədə paytaxt xaricindəki şəhərlərdə kirayə qiymətləri epidemiyadan əvvəlki səviyyə ilə müqayisədə orta hesabla 26 faiz, illik bazda isə 7,8 faiz artıb.

Yüksək inflyasiya səbəbiylə görülən bu artımla, London xaricindəki şəhərlərdə orta ev kirayəsi aprel ayında ilk dəfə olaraq 1000 funt-sterlinqdən yuxarı qalxıb.

Ölkə üzrə orta kirayə qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə 25 faiz və illik 11,1 faiz artaraq 1,249 funt sterlinq təşkil edib.

Londonda orta kirayə qiymətləri aprel ayında keçən ilin eyni dövrünə görə yüzdə 17,2 artaraq 2210 lirəyə çatıb. Londonun mərkəzində orta icarə qiyməti £3,138 olaraq hesablanıb.

Böyük Britaniyada mart ayında inflyasiya 10,1 faiz təşkil edib. Ərzaq inflyasiyası isə 19,1 faizlə son 46 ilin ən yüksək səviyyəsinə çatıb.

İngiltərə Bankı (BoE) inflyasiyanı 2 faiz hədəf səviyyəsinə endirmək üçün ötən həftə siyasət faizini ardıcıl 12-ci dəfə 4,25 faizdən 4,50 faizə yüksəldib.