Bu dəfə Ermənistanın “şeytanlığı” İran-Azərbaycan münasibətlərinə təsir göstərə bilmədi – TƏHLİLbackend

Bu dəfə Ermənistanın “şeytanlığı” İran-Azərbaycan münasibətlərinə təsir göstərə bilmədi – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspertlər Aşqabadda Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəql edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra bir sıra ölkələrin də Cənub-Şimal nəqliyyat dəhlizində aktiv rol oynayacağını proqnozlaşdırırlar.

Aşqabad sammiti bölgədə yaranmış yeni geosiyasi reallığın formalaşması yolunda mühüm hadisə kimi yadda qaldı. Bu sammitdə iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuldu. Amma həm də bölgə ölkələrini bir-birinə siyasi münasibətlər kontekstində yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra İranla Azərbaycan arasında yaranmış siyasi gərginlik fonunda müxtəlif təzadlı fikirlər səsləndirilirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabaddakı görüşü iki ölkənin münasibətlərinə yeni bir yanaşmanı ortaya qoymuş oldu. Ermənistanın uzun illər ərzində elədiyi “şeytanlıq” bu dəfə də Azərbaycan-İran münasibətlərinə təsir göstərmədi. Bundan sonra iki ölkə arasındakı əlaqələrin yeni mərhələsində hansı müsbət meyillər müşahidə ediləcək?

Mövzu ilə bağlı “Kaspi” qəzeti yazı dərc edib.