“Ermənilərin Laçın postunda yoxlanılması ilə bağlı görüntülər yayılır”.
O bildirib ki, ilk yoxlamada bir qədər aqressiyaları, narazılıqları hiss olunsa da, artıq hər şeyin normallaşdığı müşahidə edilir: “Müsbət haldır, xüsusilə əhalinin azərbaycanlılar haqda anti-təbliğatın doğru olmadığını öz gözləri ilə görməsi baxımından, Laçın postundakı yoxlama prosesini erməni əhalisi ilə təbii təmasın birbaşa yaranması da hesab etmək olar. Xankəndi də daxil olmaqla rus əsgərlərinin müvəqqəti olduğu ərazilərə nəzarət məsələsi də əslində bu yolla – erməni əhalisinin tədricən reinteqrasiyası ilə olacaq”.