Bu gün Bakıdakı bu məsciddə ilk Cümə namazı qılınacaqbackend

Bu gün Bakıdakı bu məsciddə ilk Cümə namazı qılınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Nərimanov rayon “Cümə” məscidində yenidənqurmadan sonra ilk Cümə namazı qılınacaq.

İnterpress.az xəbər verir ki, Cümə namazı ayini günorta saatlarında icra olunacaq.

Qeyd edək ki, məscidin ötən ay Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olub.

Xatırladaq ki,”Cümə” məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.