Bu gün BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclası keçiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə BƏƏ-nin BMT-dəki missiyasından bildirilib.
Qeyd olunub ki, toplantı BƏƏ və Çinin təşəbbüsü ilə keçiriləcək. İclasda HƏMAS-la İsrail arasında davam edən müharibə müzakirə olunacaq.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl BMT TŞ Yaxın Şərqdəki durumu oktyabrın 24-də müzakirə edib.