Bu il 21 meşə gözətçisi işdən kənarlaşdırılıbbackend

Bu il 21 meşə gözətçisi işdən kənarlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meşədə ağacların qırılması, qanun pozuntusu zamanı meşə gözətçilərinin işinə davam etməsi də qeyri-mümkün olur”.

İnterpress.az-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O bildirib ki, meşə gözətçiləri barəsində sənədlər işdən kənarlaşdırma və həmin ziyanın ödənilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilir. 2020-ci ildə 21 meşə gözətçisi vəzifə funksiyalarını yerinə yetirə bilmədiyinə görə işdən kənarlaşdırılıb. 221 iş isə hüquq-mühafizə orqanlarına göndərilib”.

İnterpress.az