Bu ilin əvvəlindən etibarən ABŞ-da 14600 nəfər silahlı zorakılıq nəticəsində həlak olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
ABŞ-dakı silahlı zorakılıq hadisələrini arxivləşdirən Silah Zorakılığı Arxivinin (GVA) məlumatına görə, bu il ölkədə 199 kütləvi atışma həyata keçirilib.
521-i gənc, 93-ü uşaq olmaqla 14.600 nəfər silahlı zorakılıq nəticəsində həlak olub.
Polisin iştirakı ilə silahlı zorakılıq nəticəsində 487 nəfər ölüb.