2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39 830 qərarın icrası Azərbaycan Vəkillər Kollegiyası tərəfindən təmin edilib.
Bu barədə İnterpress.az-a Kollegiyanın sədri Anar Bağırov məlumat verib.
O bildirib ki, icrası təmin olunan qərarlar üzrə ümumilikdə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin olunub.