Bu il Gürcüstan rekord sayda avtomobil alıbbackend

Bu il Gürcüstan rekord sayda avtomobil alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin 9-cu ayında Gürcüstan ümumilikdə 2,2 milyard ABŞ dolları dəyərində 149 685 ədəd yüngül avtomobil alıb ki, bu da mütləq maksimumdur.

İnterpress.az xəbər verir ki, ötən ilin eyni dövründə 1,1 milyard ABŞ dolları dəyərində 117 315 ədəd idxal edilib.
Gürcüstanın bu il ən çox avtomobil aldığı ilk 10 ölkənin siyahısını təqdim edirik:
ABŞ – 106 160 ədəd (1,3 milyard ABŞ dolları dəyərində)
Yaponiya – 16 235 ədəd (390,9 milyon ABŞ dolları dəyərində)
Almaniya – 9502 ədəd (230,3 milyon ABŞ dolları dəyərində)
Polşa – 2 566 ədəd – (11,9 milyon ABŞ dolları dəyərində)
Koreya Respublikası – 2470 ədəd (34,7 milyon ABŞ dolları dəyərində)
Türkiyə – 2059 ədəd (75,1 milyon ABŞ dolları dəyərində)
Hollandiya – 1454 ədəd (7,3 milyon dollar dəyərində)
Belçika – 1263 ədəd (17,9 milyon ABŞ dolları dəyərində)
Çin – 1185 ədəd (14,5 milyon ABŞ dolları dəyərində)
Kanada – 1118 ədəd (22,7 milyon ABŞ dolları dəyərində)
Məlumat üçün bildirək ki, Gürcüstandan yüngül avtomobillərin təkrar ixracı da rekord səviyyədədir. 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan 1 milyard 566 milyon ABŞ dolları dəyərində 79 316 ədəd, ötən ilin eyni dövründə isə 592,2 milyon ABŞ dolları dəyərində 58 153 ədəd nəqliyyat vasitəsi ixrac edilib.