Bu ölkədə koronavirusla bağlı bütün qadağalar ləğv edildibackend

Bu ölkədə koronavirusla bağlı bütün qadağalar ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamerunda COVID-19 epidemiyasının tam nəzarət altına alındığı və virusa qarşı görülən bütün tədbirlərin ləğv edildiyi açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2020-ci ilin mart ayından etibarən COVID-19 epidemiyası ilə mübarizə çərçivəsində görülən bütün tədbirlərin ləğv edildiyi bildirilib.

Belə ki, epidemiyanın ölkə sərhədlərində tamamilə nəzarət altında olduğu və xaricə səfər edəcək kamerunluların gedəcəkləri ölkənin şərtlərinə diqqət etmələri lazım olduğu vurğulanıb.

Kamerunda, 2020-ci ilin mart ayından giriş zamanı peyvənd kartı və sürətli COVID-19 testi məcburidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ilin mart ayından ölkədə 1224 min 834 COVID-19 yoluxma halı aşkar edilib, 1970 nəfər isə epidemiya səbəbindən dünyasını dəyişib.

Təxminən 26 milyon əhalisi olan ölkədə 1 milyon 751 min 774 doza COVID-19 peyvəndi vurulub.