Bu sahələrə maliyyə dəstəyi göstəriləcəkbackend

Bu sahələrə maliyyə dəstəyi göstəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətimiz tərəfindən koromavirus pandemiyası başlayandan sosial iqtisadi yardım göstərilir. Burada muzdlu işçilərin maaşları dövlət tərəfindən ödənilir, eyni zamanda birdəfəlik müavinət ödənilir.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:

“279 114 min vergi ödəyicisi müraciət edib ki, 28 min vergi ödəyicisini müvafiq dəstək məbləği ödənilib. Pandemiyadan əziyyət çəkən sahələrə maliyyə dəstəyinin göstərilməsi üçün qərar var və bu barədə məlumat veriləcək. Onlara 250 manat dəstəyin yenidən verilməsi diqqət mərkəzindədir”.

O qeyd edib ki, dünya üzrə gəlirlərdə 5 faiz itki müşahidə olunması gözlənilir:

“Lakin pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, ölkəmizdə vəziyyət qənaətbəxşdir”.

 

İnterpress.az